Arsen Venger "Everton"a keçir

Cari mövsümün sonunda "Arsenal"dan ayrılacağı gözlənilən Arsen Vengerə müştəri tapılıb. SportLine.az "Star"a istinadən xəbər verir ki, fransalı mütəxəssis karyerasını "Everton"da davam etdirə bilər.

Liverpul klubunun rəhbəri Fərhad Moşiri mətbuata açıqlamasında bu məlumatı təstiqləyib və A.Vengerin komandaya kömək edəcəyinə inandığını dilə gətirib.

Qeyd edək ki, A.Venger 1996-cı ildən "topçular"ı çalışdırır.