Arsen Vengerin yerinə daha bir namizəd
Cari mövsümün sonunda "Arsenal"dan ayrılacağı deyilən Arsen Vengerin yerinə daha bir namizəd təqdim olunub. SportLine.az "Kicker" nəşrinə istinadən xəbər verir ki, bu, Dortmund "Borussiya"sının sabiq çalışdırıcısı Tomas Tuxeldir.
Klub rəhbərliyinin almaniyalı mütəxəssisin xidmətində maraqlı olduğu deyilir. A.Venger yayda vəzifəsini tərk edəcəyi halda, T.Tuxellə 4 illik müqavilə imzalana bilər.
Qeyd edək ki, PSJ də T.Tuxellə yaxından maraqlanır.