"Arsenal" Bakıya gəlir

Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi"nin qonağı olacaq Tula "Arsenal"ı Rusiyanı tərk edib.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, rəqib komanda Bakıya yola düşüb.

Premyer Liqa təmsilçisi bu gün axşam saatlarında oyunun keçiriləcəyi "Bakcell Arena"da oyunöncəsi son məşqinə çıxacaq.

Qeyd edək ki, sabah keçiriləcək "Neftçi" - "Arsenal" görüşü saat 21:00-da başlanacaq.