"Arsenal" "Çelsi"ni penaltilərlə üstələdi
ABŞ-da təşkil olunan Beynəlxalq Çempionlar Kubokunda növbəti oyunlar keçirilib.
SportLine.az xəbər verir ki, növbəti oyun günü London derbisi ilə yadda qalıb. Əzəli rəqiblər - "Arsenal" və "Çelsi"nin dueli, gözlənildiyi kimi, gərgin mübarizə şəraitində keçib.
Qarşılaşmanın əsas vaxtında qalib müəyyənləşməyib. Penaltilər seriyasında isə "topçular" qələbəni bayram ediblər.
Digər görüşdə isə "Lion" "Benfika"nı üstələyib.
Beynəlxalq Çempionlar Kuboku
01 avqust 2018
"Arsenal" - "Çelsi" - 1:1
Pen.: 6:5
02 avqust 2018
"Benfika" - "Lion" - 2:3