"Arsenal" daha bir transferə hazırlaşır
Bir neçə gün öncə Pyer-Emerik Obameyanqın keçidini həll edən "Arsenal" heyətini daha bir futbolçu ilə gücləndirmək niyyətindədir. SportLine.az "Daily Star"a istinadən xəbər verir ki, "topçular" "Lester"in üzvü Riyad Mahrezin xidmətində maraqlıdır.
26 yaşlı yarımmüdafiəçi ilə ilkin razılığın əldə olunduğu deyilir.