"Arsenal" futbolçusu ilə müqavilə uzatdı

"Arsenal" futbolçusu Co Uillokla müqavilənin müddətini uzadıb.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, müqavilənin detalları barədə məlumat verilməyib. Britaniya mətbuatı 20 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalandığını yazıb.

Qeyd edək ki, C. Uillok bu mövsüm 3 matçda oynayıb.