"Arsenal" klubu "Qarabağ"la görüşdəki təxribata görə cəzalandırıldı

UEFA-nın İntizam Komitəsi, Avropa Liqasının qrup mərhələsinin 6-cı turunun “Arsenal” – “Qarabağ” matçı zamanı, meydana əlində qondarma dağlıq Qarabağ respublikasının bayrağı ilə daxil olan erməni azarkeşin hərəkəti ilə bağlı qərar verib.

Sportline.az qitənin ali futbol qurumunun saytına istinadən xəbər verir ki, UEFA  xoşagəlməz olay və matçın startının gecikməsi səbəbindən, "Arsenal" klubunu 15 min avro məbləğində cərimələyib.

Qeyd edək ki,"Qarabağ" həmin oyunda 0:1 hesabı ilə məğlub olmuşdu.