"Arsenal" Mxitaryanla bağlı bəyanat yaydı

UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"la görüş üçün Bakıya səfər edəcək "Arsenal" klubu erməni əslli futbolçu Henrix Mxitaryanla bağlı bəyanat yayıb. 

SportLine.az Britaniya mətbuatına istinadən xəbər verir ki, bəyanatda yazılıb:

“Oyunçularımızın, işçilərimizin təhlükəsizliyi və mühafizəsi bizim üçün hər zaman əsas məsələdir. Vəziyyəti müzakirə etdikdən, futbolçu ilə danışdıqdan sonra yekun qərarımızı verəcəyik”.

Qeyd edək ki, Mxitaryan 2011-ci ildə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarına qanunsuz səfər etdiyi üçün onun Azərbaycana girişinə qadağa qoyulub. Bu səbəbdən 29 yaşlı yarımmüdafiəçinin “Qarabağ”la Bakıdakı oyuna gəlməsi qeyri-mümkündür.

Xatırladaq ki, “Qarabağ” E qrupunda “Arsenal”, “Sportinq” və “Vorskla” klubları ilə mübarizə aparacaq. Ağdam klubunun ingilislərlə Bakıdakı oyunu oktyabrın 4-də keçiriləcək. Londondakı matç isə dekabrın 14-də oynanılacaq.