"Arsenal" Mxitaryanla bağlı qərarı açıqladı

"Arsenal" rəhbərliyi Henrix Mxitaryanı Avroliqanın Bakıda keçiriləcək finalına gətirib-gətirməyəcəyi ilə bağlı yekun qərarını verib.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, açıqlamada erməni futbolçunun Bakıya gətirilməyəcəyi vurğulanıb:

"Arsenal" futbolçunun özü və ailəsi ilə müzakirədən sonra onu Bakıya gətirməməyə qərar verdi. Biz UEFA-ya məktub yazıb, bu vəziyyət haqqında narahatlığımızı ifadə etdik. Henrix klubumuz üçün əsas oyunçudur. Buna görə bu, böyük itkidir. Çox kədərli vəziyyətdir. Çünki finallar futbolçunun karyerasında nadir hallarda olur".

Qeyd edək ki, mayın 29-u Bakı Olimpiya Stadionunda keçiriləcək final matçında "Arsenal" və "Çelsi" komandaları qarşılaşacaqlar.