"Arsenal" Mxitaryanla bağlı qərarını açıqlayacaq

"Arsenal" klubu, günün sonuna kimi, Henrix Mxitaryanı Bakıdakı finala gətirib-gətirməyəcəyi haqda qərarını açıqlayacaq. 

Sportline.az xəbər verir ki, İngiltərə mətbuatı bir neçə gün öncə erməni futbolçunun təhlükəsilzik səbəbindən Bakıya gətirilməyəcəyini yazmışdı.

Xatırladaq ki, AFFA, Xarici İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi dövlətin adından çıxış edərək, finalda iştirak edən bütün iştirakçıların, o cümlədən Mxitaryanın təhlükəsizliyinə zəmanət verib.

Qeyd edək ki, "Arsenal" və "Çelsi" komandaları arasında Avropa Liqasının final matçı, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.