"Arsenal" - "Napoli": Heyətlərdə itkilər var

Bu gün Avropa Liqasında 1/4 finalın ilk oyunları keçiriləcək.

Sportline.az xəbər verir ki, gecənin ən böyük maraq doğuran görüşü Londonda olacaq.

Söhbət "Arsenal"  - "Napoli" matçından gedir.

Komandalar meydana optimal heyətlə çıxmayacaqlar. "Arsenal" Rob Holdinq, Denni Uelbek və Ektor Belyerinin xidmətindən məhrumdur. Neapollulardan isə Raul Albiol və Amadu Diavara meydana çıxa bilməyəcək. 

Qeyd edək ki, "Arsenal" - "Napoli" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.