"Arsenal" - "Neftçi": anşlaq gözlənilir

Avropa Liqasının 2-ci təsnifat mərhələsində sabah keçiriləcək "Arsenal" (Tula) - "Neftçi" oyununda tribunaların tamamilə dolacağı gözlənilir.

Sportline.az "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə Tula təmsilçisinin rəsmi açıqlamasında məlumat verilib. Bildirilib ki, "Arsenal" stadionunda olacaq matç üçün satışa çıxarılan biletlər sürətlə satılır, oyun günü anşlaq olacağı gözlənilir.

Qeyd edək ki, 20 min azarkeş tutumuna malik "Arsenal" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə 21:00-da başlayacaq. Cavab oyunu isə 1 həftə sonra paytaxtımızda olacaq.