Təxribat törədən erməni azarkeş cəzalandırılacaq
UEFA Avropa Liqasının 6-cı turu çərçivəsində keçirilən "Arsenal" - "Qarabağ" matçının son dəqiqələrində meydana daxil olan erməni azarkeş cəzalandırılacaq. SportLine.az xəbər verir ki, bu barədə Şotlandiya parlamentinin əməkdaşı, matçın azərbaycanllı diktoru Fuad Ələkbərov hadisə ilə bağlı özünün sosial şəbəkədəki səhifəsində yazıb:
“London polisinin zabiti mənə dedi ki, günahkar stadiona buraxılmaqdan ömürlük məhrum olunacaq. Bundan başqa, milli zəmində nifrət yaratmağa cəhdə görə ona qarşı cinayət işi açıla bilər”.