"Arsenal" - "Qarabağ" görüşünün biletləri satışa çıxarıldı
"Arsenal" klubu Avropa Liqasının 4-cü turunda "Qarabağ"la görüşün qonaq azarkeşlər üçün nəzərdə tutulan biletlərini satışa çıxarıb.
Sportline.az xəbər verir ki, 500 bilet iki kateqoriyaya bölünüb. 45 bilet 56 manatdan, 450 bilet isə 39 manatdan satılır. Biletləri iticket.az saytından əldə etmək mümkündür.
Qeyd edək ki, "Arsenal" - "Qarabağ" matçı dekabrın 14-də Londonun "Emireyts” arenasında keçiriləcək.