"Arsenal" "Qarabağ"la görüşə itkilərlə çıxacaq

UEFA Avropa Liqasında "Qarabağ"la eyni qrupda mübarizə aparan "Arsenal" itkilərlə üzləşib. SportLine.az xəbər verir ki, oyun ərəfəsində "topçular"ın heyətlə bağlı ciddi problemləri var.

Hazırda Sead Kolaşinaç, Loran Koselni, Aleks İvobi, Karl Cenkinson, Lukas Torreyra, Enzli Meytlend-Naylz, Sead Kolaşinats və Pyer-Emerik Obameyanq zədə səbəbilə komandadan kənar düşüb. Onlardan Enzli Meytlend-Naylz, Sead Kolaşinaç və Loren Koselninin "Qarabağ"la görüşü buraxacağı gözlənilir.

Qeyd edək ki, "Qarabağ" oktyabr 4-də "Arsenal"ı qəbul edəcək.