"Arsenal" qərarını açıqladı

Londonun “Arsenal” klubu baş məşqçisi Unai Emeri ilə yolları ayırıb. 

Sportline.az xəbər verir ki, bu haqda klubun saytı məlumat yayıb. İstefaya komandanın son uğursuz çıxışları səbəb olub. İspan mütəxəssis öz məşqçi heyəti ilə birgə “Arsenal”ı tərk edib. Baş məşqçi vəzifəsinin müvəqqəti olaraq Fredrik Yunqberq icra edəcək.

Qeyd edək ki, London təmsilçisi bütün turnirlərdə son 7 matçın heç birində qələbə qazana bilməyib. Bu, klubun son 27 ildə ən pis göstəricisidir.

Xatırladaq ki, Emeri “Arsenal”a 2018-ci ilin yazından rəhbərlik edirdi.