"Arsenal"dan "Everton"a?

"Arsenal"dan ayrılan Unay Emerinin işsiz günləri uzun çəkməyə bilər.

Sportline.az "Sky Sports"a istinadən xəbər verir ki, "Everton" ispaniyalı mütəxəssisi "sükanı arxası"na gətirmək istəyir. Artıq tərəflər arasında ilk təmaslar qurulub. Emerinin yenidən Premyer Liqada çalışmağa müsbət yanaşdığı deyilir.

"Everton" bir neçə gün öncə Marko Silva ilə yolları ayırıb.