"Arsenal"ı Bakıda dəstəkləyəcəklər

Tula “Arsenal”ını “Neftçi” ilə cavab matçında 50 azarkeş dəstəkləyəcək.

Sportline.az xəbər verir ki, bu barədə TASS agentliyinə “Arsenal”ın mətbuat xidmətindən bildiriblər.

Xatırladaq ki, Rusiyada keçirilən “Arsenal”  -  “Neftçi” görüşü 0:1 hesabı ilə başa çatıb.

Cavab matçı avqustun 1-də Bakıda olacaq.