"Arsenal"ın Bakı planı açıqlanıb

İngiltərənin "Arsenal" klubu Avropa Liqasının final matçı ilə əlaqədar Bakı səfərinin planını açıqlayıb.

Sportline.az xəbər verir ki, bu barədə londonluların baş məşqçisi Unay Emeri açıqlama verib. İspaniyalı mütəxəssis mayın 20-də Londonda bir araya gələcəklərini bildirib. O, İngiltərə paytaxtında 3 günlük hazırlığın ardınca, mayın 25-də Bakıya yollanacaqlarını deyib. "Arsenal"ın paytaxtımızıda daha 3 məşqi nəzərdə tutulub.  

Xatırladaq ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final matçında "Arsenal" İngiltərənin digər təmsilçisi "Çelsi" ilə üz-üzə gələcək.