"Arsenal"ın baş məşqçisi bəlli oldu

“Arsenal” yeni baş məşqçisinin adını açıqlayıb.

Sportline.az xəbər verir ki, bu haqda London klubunun rəsmi saytı məlumat yayıb.

Unai Emerinin istefasından sonra boş qalmış vəzifəyə “Manşester Siti”nin məşqçisi Mikel Arteta gətirilib. 37 yaşlı mütəxəssislə 3.5 illik müqavilə bağlanıb.

Qeyd edək ki, Arteta futbolçu kimi 2011-16-cı illərdə "Arsenal"da oynayıb.