"Arsenal"ın futbolçusu ağır zədələndi

“Arsenal”ın müdafiəçisi Kelum Çembers uzun müddətə sıradan çıxıb.

Sportline.az xəbər verir ki, bu haqda klubun saytı məlumat yayıb. Bu gün dizindən əməliyyat olunan futbolçunun bərpa prosesinin 6-9 ay davam edəcəyi bildirilib.

Qeyd edək ki, 24 yaşlı ingilis futbolçu “Çelsi” ilə Premyer Liqanın 20-ci turunda zədə alıb.

O, bu mövsüm 14 oyunda iştirak edib, 1 qol vurub və 1 qolun ötürməsini edib.