"Arsenal"ın futbolçusu Premyer Liqanın tarixinə düşdü

Arsenalın yarımmüdafiəçisi Bukayo Saka adı Premyer Liqanın tarixinə düşüb. SportLine.az xəbər verir ki, o, İngiltərənin əsas liqasında çıxış edən 2001-ci il təvəllüdlü ilk futbolçu olub.

Ötən il sentyabrın 5-də 17 yaşı tamam olan oyunçu "topçular”ın XXI turda "Fulhem”i 4:1 hesabı ilə məğlub etdiyi matçda forma geyinib. O, 83-cü dəqiqədə Aleks İvobinin əvəzinə meydana çıxıb.

Qeyd edək ki, B.Saka cari mövsümdə "Arsenal”ın U-23 komandasının heyətində 12 görüşdə iştirak edib. O, 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.