"Arsenal"ın Mxitaryanla bağlı planı

"Arsenal" klubu,  Henrix Mxitaryanı yay transfer dövründə satmağa hazırdır.

Sportline.az  "The Sun"-a istinadən xəbər verir ki, "topçular"ın rəhbərliyi 30 yaşlı futbolçunun növbəti mövsümdə pik formaya çıxa bilməyəcəyini düşünür.

Qeyd edək ki, Mxitaryan "Arsenal"a 2018-ci ilin yanvarında "Mançester Yunayted"dən 34 milyon avroya keçib.

O, başa çatan mövsümdə 39 oyuna 6 qol və 7 məhsuldar ötürmənin müəllifi olub. Yarımmüdafiəçinin "Arsenal"la 2021-ci ilin yayınadək müqaviləsi var.

Xatırladaq ki, Mxitaryan "Çelsi" ilə Avropa Liqasının mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final matçında iştirak etməməyə qərar verib.