"Arsenal"ın qorxulu kabusu - "Çelsi"

İngiltərə Premyer Liqasının 20-ci turunda səfərdə “Arsenal” üzərində qələbə (2:1) “Çelsi” üçün əlamətdar olub.

Sportline.az xəbər verir ki, "zadəganlar" Premyer Liqa tarixində ilk komandadır ki, “Arsenal”ı 5 dəfə səfərdə məğlub etməyi bacarır.

Qeyd edək ki, Premyer Liqada “Çelsi” hazırda 4-cü, “Arsenal” isə 12-ci sıradadır.