"Arsenal"ın yeni məşqçi heyəti açıqlanıb
İngiltərənin “Arsenal” klubunun yeni baş məşqçisi Mikel Artetanın bütün köməkçiləri müəyyənləşib.
Sportline.az xəbər verir ki, ispaniyalı mütəxəssisə, Fredrik Yunqberq, Albert Steyvenberq, Stiv Raund və İnyaki Kanya Pavon kömək edəcək.
Bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb. Yunqberq bir müddət əvvəl istefaya göndərilən Unay Emerinin də köməkçilərindən biri idi. Steyvenberq hazırda Uels yığmasında da köməkçi-məşqçi kimi fəaliyyət göstərir. Raund daha öncə “Midlsbro”, “Nyukasl”, “Everton” və “Mançester Yunayted” klublarında çalışıb. Pavon isə qapıçılarla iş üzrə məşqçi olacaq.