Arşavin: "Azarkeşlərin şikayətini haqsız sayıram"
“Azərbaycan finala tamamilə hazırdır. Hər şey qaydasındadır”.
Sportline.az xəbər verir ki, bu sözləri “Qafqazinfo”ya açıqlamasında rusiyalı məşhur futbolçu Andrey Arşavin deyib.
O, stadionun və Bakının gözəlliyindən danışıb: “Bakı həqiqətən çox gözəldir. Stadion isə bu həlledici qarşılaşmaya çoxdan hazırdır. Düşünürəm ki, maraqlı olacaq”.
Arşavin azarkeşlərin bu cür finaldan məmnun olacaqlarını qeyd edib: “Azarkeşlərin şikayətini haqsız sayıram. Çünki bunlar çox kiçik şeylərdir. Bu cür oyundan zövq almalıdırlar”.