Arteta Rabyönü fikirləşir

"Yuventus"un yarımmüdafiəçisi Adrien Rabyö "Arsenal"a keçə bilər.

Sportline.az xəbər verir ki, "topçular"ın yeni baş məşqçisi Mikel Arteta fransalı futbolçunun transferini rəhbərlikdən istəyib. Turin klubunda az oynayan Rabyö adaya köçməyə müsbət yanaşır.

24 yaşlı yarımmüdafiəçi bu mövsüm A Seriyasında 9 oyun keçirib. O, yayda PSJ-dən "Yuventus"a azad agent statusu ilə keçib.