Arturo Vidal "Barselona"dakı taleyindən gileyləndi

“Barselona”da xoşbəxt deyiləm. Karyeramda hər zaman əsas heyət üzvü olmuşam. Sakitəm və əlimdən gələn qədər çox çalışıram”.

Sportline.az xəbər verir ki, bu sözləri “Barselona”nın futbolçusu Arturo Vidal İspaniya mətbuatına açıqlamasında deyib.

Çilili yarımmüdafiəçi baş məşqçi Ernesto Valverdeninin onu az oynatmasından narahat olduğunu bildirib: “Ümid edirəm ki, yenidən əsas heyətdə yer alacam. Komandaya çox kömək etmək istəyirəm. İndiki durumumdan razı deyiləm. Lakin qərarlar baş məşqçiyə məxsusdur".

Qeyd edək ki, Vidal bu mövsüm La Liqada 7 oyunda iştirak edib və 3 qol vurub.