Aryen Robben karyerasını bitirdi

Almaniyanın “Bavariya” klubundan ayrılan Aryen Robben karyerasını başa vurub.

Sportline.az xəbər verir ki, hollandiyalı cinah oyunçusu 35 yaşında peşəkar futbolla vidalaşıb.

Qeyd edək ki, Robben karyerası ərzində “Bavariya”dan başqa, Hollandiyanın “Qroningen”, PSV, eləcə də İngiltərənin “Çelsi” və İspaniyanın “Real Madrid” klublarının formasını geyinib. O, Hollandiya millisində 97 oyuna 39 qol vurub.