Asim Xudiyev Andorra - İslandiya matçına təyinat aldı

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev növbəti təyinatını alıb. SportLine.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, Xudiyev AVRO-2020-nin seçmə mərhələsində iş başında olacaq.

Belə ki, o, Andorra - İslandiya qarşılaşmasının hakim-inspektoru kimi çalışacaq.

Görüş martın 22-də Andorra-la-Velya şəhərində keçiriləcək.