Asim Xudiyev Avroliqa oyununda

Azərbaycanlı hakim-inspektor Asim Xudiyev Avropa Liqasının oyununa təyinat alıb. 

Sportline.az xəbər verir ki, beynəlxalq dərəcəyə malik təmsilçimiz I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində iş başında olacaq.

O, iyulun 18-də “Norçepinq” (İsveç) – “Sent Patrik” (İrlandiya) qarşılaşmasının hakim-inspektoru olacaq. Görüş “NYA Parken” stadionunda keçiriləcək.