Asim Xudiyev Avropa Liqasının oyununda

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev Avropa Liqasının oyununa təyinat alıb.

Sportline.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, noyabrın 29-da “Astana Arena”da keçiriləcək “Astana” - “Dinamo” (Kiyev) oyununun hakim-inspektoru olacaq. 


Qeyd edək ki, "Astana"da milli komandamızın üzvü, Riçard Almeyda da forma geyinir.