Asim Xudiyev Fransa millisinin oyununa təyinat aldı

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev beynəlxalq oyuna təyinat alıb.

Spoetline.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, qadınlar arasında Avropa çempionatının seçmə mərhələsinin Şimkent şəhərində keçiriləcək Qazaxıstan - Fransa oyununun hakim-inspektoru olacaq.

Qeyd edək ki, görüş oktyabrın 8-də olacaq.