Asim Xudiyev erməni ilə eyni oyuna təyinat aldı
Azərbaycanlı FIFA hakim-inspektoru Asim Xudiyev UEFA Avropa Liqasına təyinat alıb.
SportLine.az xəbər verir ki, A.Xudiyev Avropa Liqasının qrup mərhələsinin K qrupunda keçiriləcək "Astana" (Qazaxıstan") - "Dinamo" (Kiyev, Ukrayna) matçında iş başında olacaq. Görüşün UEFA nümayəndəsi isə Ermənistan təmsilçisi Artur Azaryan təyin olunub. Qarşılaşmanı İvan Bebekin başçılıq etdiyi xorvatiyalı hakimlər briqadası idarə edəcək.
A.Xudiyev əvvəllər Ermənistan komandasının oyununda da hakim-inspektor olub.
Qeyd edək ki, noyabrın 29-da "Astana Arena”da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 19:50-də başlanacaq.