Asim Xudiyev Kosovaya yollanacaq
Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev 21 yaşadək futbolçulardan ibarət komandaların Avropa çempionatının təsnifat oyununa təyinat alıb.
Sportline.az xəbər verir ki, təcrübəli hakim, martın 27-də Kosovo – Almaniya oyununda iş başında olacaq. Qeyd edək ki, bu komandalar seçməmizlə eyni qrupda qərarlaşıblar.