Asiya Kuboku: 1/8 final mərhələsi yekunlaşdı

Asiya Kubokunda 1/8 final mərhələsinə yekun vurulub. SportLine.az xəbər verir ki, son oyun günündə daha iki qarşılaşma keçirilib.

Bəhreynlə üz-üzə gələn Cənubi Koreya seçməsi əlavə vaxtda sevinib. Qətər isə İraqdan güclü olub.

22 yanvar 2019
Asiya Kuboku
1/8 final

Cənubi Koreya - Bəhreyn - 2:1 (əlavə vaxtda)
QOLLAR:
Hvanq, 43 (1:0); Saad, 77 (1:1); Jin-Su Kim, 105+2 (2:1)

Qətər - İraq - 1:0
QOL:
Hişam, 62 (1:0)

Beləliklə, 1/4 final mərhələsinə bu görüşlər təşkil olunacaq:

Çin - İran
Vyetnam - Yaponiya
BƏƏ - Avstraliya
Cənubi Koreya - Qətər