Asiya kuboku: İlk yarımfinalçılar müəyyənləşdi
Asiya kubokunda 1/4 final mərhələsi start götürüb. SportLine.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.
Vyetnamla üz-üzə gələn Yaponiya seçməsi minimal hesablı qələbəyə sevinib.
Digər görüşdə isə İran Çinə aman verməyib.
24 yanvar 2019
Asiya kuboku
1/4 final
Vyetnam - Yaponiya - 0:1
Çin - İran - 0:3
Yarımfinalın ilk oyununda Yaponiya və İran seçmələri münasibətləri aydınlaşdıracaq.
Qeyd edək ki, digər yarımfinalçılar Cənubi Koreya - Qətər və BƏƏ - Avstraliya duelində müəyyənləşəcək.