Asiya kuboku: Qətər darmadağınla finalda

Asiya kubokunda mübarizə sona yaxınlaşır. SportLine.az xəbər verir ki, artıq yarışda ikinci finalçının da adına aydınlıq gəlib.

Birləşmiş Ərəb Əmirlikləri ilə qarşılaşan Qətər qələbə qazanmaqla adını həlleici görüşə yazdırıb.

Qətər - BƏƏ - 4:0
QOLLAR:
Xouki, 22 (1:0); Ali, 37 (2:0); Əl Haydos, 80 (3:0); Xalifa, 90+4 (4:0)

Xatırladaq ki, yarımfinalın ilk görüşündə Yaponiya İranı üstələyib - 3:0.

Beləliklə, fevralın 1-də təşkil olunacaq final görüşündə Yaponiya və Qətər milliləri üz-üzə gələcək.