Asiya kuboku: Yaponiya İranı mübarizədən kənarlaşdırdı
Asiya kubokunda mübarizə sona yaxınlaşır. SportLine.az xəbər verir ki, artıq yarışda yarımfinal mərhələsi start götürüb.
İlk oyun günündə bir qarşılaşma keçirilib. Finala vəsiqə uğrunda Yaponiya İranla münasibətləri aydınlaşdırıb.
Görüş Yaponiyanın qələbəsi ilə yekunlaşıb - 3:0.
Qeyd edək ki, digər finalçının adı Qətər - Birləşmiş ərəb Əmirlikləri duelində müəyyənləşəcək.