Asiya Kubokunda 1/8 finalçılar müəyyənləşdi

Birləşmiş Ərəb Əmirliklərində təşkil olunan Asiya Kubokunda qrup mərhələsi yekunlaşıb. SportLine.az xəbər verir ki, artıq 1/8 final mərhələsinin bütün cütlükləri müəyyənləşib.

Qrup birinciləri və ikinciləri ilə yanaşı, ən yaxşı 4 qrup üçüncüsü olan Bəhreyn, Oman, Qırğızıstan və Vietnam da adını növbəti mərhələyə yazdırıb.

1/8 final mərhələsinin oyunları 20-22 yanvar aralığında keçiriləcək.

Asiya Kuboku
1/8 final

20 yanvar

15:00. İordaniya - Vietnam

18:00. Tailand - Çin

21:00. İran - Oman

21 yanvar

15:00. Yaponiya - Səudiyyə Ərəbistanı

18:00. Avstraliya - Özbəkistan

21:00. Birləşmiş Ərəb Əmirlikləri - Qırğızıstan

22 yanvar

17:00. Cənubi Koreya - Bəhreyn

20:00. Qətər - İraq