Aspilikueta: "İndi kubok qaldırmaq haqda düşünmürəm"

“İyuldan etibarən baş məşqçimiz Mauritsio Sarri ilə gərgin işləyirik. Yüksəliş və enişlər oldu. Amma bütün bu gərgin işin nəticəsində burdayıq”.

Sportline.az xəbər verir ki, bunları İngiltərənin “Çelsi” komandasının kapitanı Sesar Aspilikueta UEFA Avropa Liqasının finalı ərəfəsində Bakı Olimpiya Stadionunda təşkil edilən mətbuat konfransında deyib.

İspaniyalı müdafiəçi bildirib ki, Liqa Kubokunun finalında “Mançester Siti”yə penalti seriyasında bəxtsizlikdən uduzublar: “Sarrinin gələcyi barədə danışmaq istəmirəm. Biz həmişə birgə probemlərdən həll yolları axtarırdıq və bunu bavardığımızı düşünürəm”.

Aspilikueta “Çelsi” kimi komandaların üzərində hər zaman təzyiq olduğunu deyib: “Biz titul aclığı yaşayırıq. Mövsümün əvəlində mübarizəyə böyük həvəslə başlayırıq. Hər bir oyuna qələbə qazanmaq istəyi ilə çıxırıq. Sabah bizim üçün böyük bir fürsətdir. Daha öncə də Avropa Liqasını qazanmışıq. Bunu təkrar etmək istəyirik. Bu komandaya kapitanlıq etmək mənim üçün böyük şərəfdir. İndi kuboku başım üzərimdə qaldırmaq haqda düşünmürəm. Oyuna köklənməliyik. Hər iki klub üçün önəmli matçdır”.

Qeyd edək ki, “Arsenal” mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək finalda İngiltərənin digər təmsilçisi “Çelsi” ilə qarşılaşacaq.