"Astana" Qriqorçukla bağlı açıqlama yaydı
Roman Qriqorçuk "Astana"ya qayıdacaq. SportLine.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
"Footboom.com" saytının verdiyi xəbərə görə, ukraynalı mütəxəssisin yaxın vaxtlarda yenidən öz işinin başına dönəcəyi, hazırda onun səlahiyyətlərini yerinə yetirən Qriqori Babayanın əvvəlki kimi köməkçi məşqçi olacağı bildirilib.
"Astana" klubu məlumatla bağlı açıqlama verib. Klubdan bildirilib ki, komandanı “Renn”lə oyuna Qriqori Babayanın başçılıq etdiyi məşqçilər korpusu hazırlaşdırır. Avroliqanın qrup mərhələsinin matçları başa çatdıqdan sonra Roman Qriqorçukun hansı tarixdə öz vəzifəsinə qayıdacağı ilə bağlı məlumat veriləcək.
Qeyd edək ki, ötən mövsümün sonunda “Qəbələ”dən ayrılaraq “Astana”nın sükanı arxasına keçən Qriqorçuk şəxsi məsələləri səbəbindən avqust ayında müvəqqəti olaraq Qazaxıstan klubunu tərk etmişdi.