"Aston Villa" cari mövsümdə ilk qələbəsini qazandı

İngiltərə çempionatında 3-cü turun oyunları keçirilir.

Sportline.az xəbər verir ki, ilk 2 görüşdə məğlub olan “Aston Villa” komandası bu dəfə “Everton”la görüşdə 3 xal qazanıb.

“Aston Villa” – “Everton” matçında qonaqların qələbəsini düşünənlər az deyildi. Oyuna mersisaydlılar daha yaxşı başlasalar da, hesabı meydan sahibləri açıblar. Fasiləyədək komandanın braziliyalı hücumçusu Vesli fərqlənib.

İkinci hissədə “Everton” ftbolçularının fərqlənmək üçün bir neçə imkanı olsa da, zərbələr dəqiq olmayıb. Əsas vaxta əlavə edilən 5-ci dəqiqədə fərq 2-ə yüksəlib. Ənvər Əl-Qazi topu rəqib qapısından keçirib. “Aston Villa” – “Everton”: 2-0. Beləliklə, “Aston Villa” İngiltərə çempinatının hazırkı mövsümündə ilk qələbəsini qazanıb.