"Aston Villa" Premyer Liqada

İngiltərə Premyer Liqasına vəsiqə qazanan sonuncu - üçüncü komanda müəyyənləşib. 

Sportline.az xəbər verir ki, bu, Çempionşipin "play-off" mərhələsinin final oyunundan sonra bəlli olub. 

Həlledici qarşılaşmada "Derbi Kaunti"ni 2:1 hesabı ilə məğlub edən "Aston Villa" əsas çempionata vəsiqə qazanıb. 

Qeyd edək ki, "Aston Villa" son olaraq 2015-2016 mövsümündə Premyer Liqada çıxış edib. Daha öncə "Norviç Siti" və "Şeffild Yunayted" elitaya vəsiqəni təmin edib.