"Atletiko" azarkeşləri bu xəbərə sevindi

"Atletiko"nun futbolçusu Koke zədəsini sağaldıb.

Sportline.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 27 yaşlı futbolçu komanda ilə məşqlərə qoşulub.

Yarımmüdafiıçi La Liqanın 17-ci turunda "Ossasuna" ilə matçda ayağından zədələnmişdi.

Qeyd edək ki, Koke bu mövsüm La Liqada 17 matçda iştirak edib, 1 qol vurub və 1 qolun ötürməsini verib.