"Yuventus" Madriddə uduzdu, "Mançester Siti"dən əzmkar qələbə

UEFA Çempionlar Liqasında 1/8 final həyəcanı davam edir. SportLine.az xəbər verir ki, bu gün ilk oyunlara yekun vurulub. 

Azarkeşlər iki matç izləyiblər. Madriddə keçiriləcək "Atletiko" - "Yuventus" görüşü meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.

Gecənin digər duelində isə "Mançester Siti" "Şalke"nin müqavimətini son dəqiqələrdə qırıb.

21 fevral 2019
Çempionlar Liqası
1/8 final (ilk oyunlar)

"Atletiko" (Madrid, İspaniya) - "Yuventus" (İtaliya) - 2:0
QOLLAR:
Xose Ximenez, 78 (1:0); Qodin, 83 (2:0)
Baş hakim: Feliks Zvoyer (Almaniya)
"Vanda Metropolitano", Madrid

"Şalke" (Almaniya) - "Mançester Siti" (İngiltərə) - 2:3
QOLLAR:
Serxio Aqüero, 18 (0:1); Nabil Bentaleb, 38/p. (1:1); Nabil Bentaleb, 45/p. (2:1); Leroy Sane, 85 (2:2); Rahim Sterlinq, 90+1 (2:3)
Baş hakim: Karlos Del Serro Qrande (İspaniya)
"VELTİNS Arena", Gelzenkirhen