"Atletiko"nun futbolçusu "Real Sosyedad"da

"Real Sosyedad" heyətini "Atletiko"nun qapıçısı ilə gücləndirib. 

SportLine.az San-Sebastyan təmsilçisinin saytına istinadən xəbər verir ki, Madrid klubunun futbolçusu Migel Anxel Moya karyerasını "Real Sosyedad"da davam etdirəcək.

33 yaşlı qapıçı ilə 2020-ci ilin yayınadək müqavilə imzalanıb.