"Atletiko"nun iki futbolçusu Çin klubunda

"Atletiko"nun şərəfini qoruyan Yannik Ferreyra Karrasko və Niko Qaytan karyerasını Çində davam etdirəcək.

SportLine.az Madrid klubunun saytına istinadən xəbər verir ki, hər iki futbolçu "Dalian Yifanq" klubuna transfer olunub. 

Super Liqa təmsilçisinin iki futbolçuya görə 48 milyon avro ödədiyi bildirilib. 

Qeyd edək ki, 2015-ci ildən "Atletiko"nun şərəfini qoruyan Y.Karrasko 124 oyunda 23, 2016-cı ildə "Benfika"dan transfer edilən N.Qaytan isə 49 oyunda 4 qol vurub.