Avropa Liqası: "Qarabağ" qələbə ilə qrupa vəsiqə qazandı
“Qarabağ” bu gün Avropa Liqasının pley-off mərhələsinin cavab oyununa çıxıb.
Sportline.az xəbər verir ki, Ağdam təmsilçisi Şimali İrlandiya çempionu “Linfild”i qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirin oyun saat 20:00-da başlayıb.
Ötən həftə Belfastda reallaşan ilk qarşılaşmada meydan sahibləri 3:2 hesabı ilə qalib gəlib.
Avropa Liqası
Pley-off mərhələsi, cavab oyunu
20:00. “Qarabağ” – “Linfild” 2:1
Qollar: Xayme Romero, 6 (1:0), Abdullah Zubir, 88 (2:0), Şeyn Leyveri, 90+3 (2:1).
Baş hakim: Sergey İvanov
Yan xətt hakimləri: Roman Usaçov və Valeri Dançenko
Dördüncü hakim: Sergey Lapoçkin (hamısı Rusiya)
Hakim-inspektor: Alen Hamer (Lüksemburq)
UEFA nümayəndəsi: Marko Simyunoviç (Sloveniya)
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu