Avro-2020: Azərbaycanın təsnifat mərhələsindəki rəqibləri müəyyənləşdi

Bu gün 2020-ci ildə təşkil olunacaq Avropa Çempionatının təsnifat mərhələsinin püşkü atılıb. SportLine.az xəbər verir ki, İrlandiyanın paytaxtı Dublində təşkil olunacaq tədbirdə UEFA-nın üzvü olan 55 ölkənin milli komandası rəqiblərini tanıyıb.

A qrupu

İngiltərə
Çexiya
Bolqarıstan
Monteneqro
Kosovo

B  qrupu

Portuqaliya
Ukrayna
Serbiya
Litva
Lüksemburq

C qrupu

Hollandiya
Almaniya
Şimali İrlandiya
Estoniya
Belarus

D qrupu

İsveçrə
Danimarka
İrlandiya
Gürcüstan
Cəbəllütariq

E qrupu

Xorvatiya
Uels
Slovakiya
Macarıstan
Azərbaycan

F qrupu

İspaniya
İsveç
Norveç
Rumıniya
Farer adaları
Malta

G qrupu

Polşa
Avstriya
İsrail
Sloveniya
Makedoniya
Latviya

H qrupu

Fransa
İslandiya
Türkiyə
Albaniya
Moldova
Andorra

İ qrupu

Belçika
Rusiya
Şotlandiya
Kipr
Qazaxıstan
San Marino

J qrupu

İtaliya
Bosniya və Herseqovina
Finlandiya
Yunanıstan
Ermənistan 
Lixtenşteyn

Avro-2020-nin təsnifat mərhələsinin görüşləri bu tarixlərdə keçiriləcək:

1-ci tur: 21 - 23 mart

2-ci tur: 24 - 26 mart

3-cü tur: 7-8 iyun

4-cü tur: 10-11 iyun

5-ci tur: 5 - 7 sentyabr

6-cı tur: 8 - 10 sentyabr

7-ci tur: 10 - 12 oktyabr

8-ci tur: 13 - 15 oktyabr

9-cu tur: 14 - 16 noyabr

10-cu tur: 17 - 19 noyabr

Hər qrupda ilk 2 yeri tutmuş komandalar final mərhələsinə yüksələcəklər. Avro-2020-yə son 4 vəsiqəni isə UEFA Millətlər Liqasında qrup qalibləri olan komandalar 4 liqa üzrə müəyyənləşdirəcəklər. Pley-off oyunları 2020-ci il 26 - 28 martda, final qarşılaşmaları isə 29 - 31 martda olacaq. 

Avro-2020-nin final mərhələsinin püşkü 1 dekabr 2019-cu ildə atılacaq. Həmin vaxt Millətlər Liqasından vəsiqələrin sahibləri müəyyənləşməyəcəyindən, onlar 1 - 4 pley-offlarının qalibləri kimi adlandırılacaqlar. 

2020-ci il iyunun 12-dən iyulun 12-dək keçiriləcək final mərhələsinə Azərbaycan, İngiltərə, Macarıstan, Almaniya, Danimarka, İrlandiya, İspaniya, İtaliya, Hollandiya, Rusiya, Rumıniya və Şotlandiya ev sahibliyi edəcək. Bakı Olimpiya Stadionunda qrup mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1 oyunu keçiriləcək.

Qeyd edək ki, püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.